İran və ABŞ arasında müharibənin dayandırılması barədə hazırda müzakirə olunan razılaşmaya Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qətnaməsi ilə dəstəklənməsi nəzərdə tutulan bənd daxil edilə bilər.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi İsmayıl Bəqai brifinq zamanı bildirib.
"14 bənd yalnız əsas maddələri nəzərdə tutur. Onların arasında belə bir müddəa var ki, əgər saziş əldə olunarsa, hüquqi müdafiəyə malik olması üçün BMT Təhlükəsizlik Şurasının qətnaməsi formasını almalıdır", - deyə Bəqai vurğulayıb.
O deyib ki, İran tərəfi BMT Təhlükəsizlik Şurasının qətnaməsinin bu razılaşmanın həyata keçirilməsinə zəmanət verəcəyinə inanmır, çünki Tehranın artıq oxşar təcrübəsi var.