Vaşinqtonda keçmiş prezident Barak Obamanın malikanəsi yaxınlığında ABŞ Məxfi Xidmətinin iki qadın əməkdaşı dava edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Britaniyanın "Daily Mail" qəzeti məlumat verib.
"Davanın iştirakçıları xidməti vəzifələrinin icrasından kənarlaşdırılıblar. Daxili araşdırma aparılır. Məxfi Xidmət əməkdaşlar üçün ciddi davranış kodeksini rəhbər tutur və hər hansı şəkildə onun çərçivəsindən kənara çıxılması yolverilməzdir", - deyə qurum hadisəni şərh edib.
Qeyd edək ki, xidmətin vəzifələrinə digər məsələlərlə yanaşı, ABŞ-nin indiki və keçmiş liderlərini və onların ailə üzvlərini qorumaq da daxildir.
Hadisə zamanı Obamanın ailə üzvlərindən hər hansı birinin malikanədə olub-olmadığı məlum deyil.