ABŞ-nin dövlət borcu 2017-ci ildən bəri 20 trilyon dollardan rekord həddə - 40 trilyon dollara qədər artıb.
Oxu.Az bu barədə ABŞ Maliyyə Nazirliyinin saytına istinadən xəbər verir.
Borcun belə kəskin artmasına dövlət xərclərinin gəlirləri üstələməsi səbəb olub ki, bu da Birləşmiş Ştatları büdcə kəsirini bağlamaq üçün daha çox vəsait borc almağa məcbur edir.
Piterson İnstitutunun qiymətləndirmələrinə görə, ölkədə xərclər və ya vergitutma sahəsində islahatlar aparılmasa, ABŞ-nin dövlət borcu altı ildən sonra 50 trilyon dollara çata bilər.
Qaynar xətt:
(055) 224 12 12