Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ankarada terror aktı törədən qadının şəxsiyyəti müəyyən edilib
Ankarada hücumda iştirak edən terrorçu qadının şəxsiyyəti müəyyən edilib. O, Türkiyədə qadağan edilmiş PKK terror təşkilatının üzvü olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Onun sözlərinə görə, terrorçu qadın Mine Sevçin Alçiçekdir.
Qeyd edək ki, bu gün səhər DİN hücumda iştirak edən və məhv edilən digər şəxsin də adını açıqlayıb. O, "Rojger" ləqəbli PKK üzvü Ali Örek olub.
Xatırladaq ki, dünən Ankarada TUSAŞ-ın Kahramankazan rayonundakı müəssisələrinə terror hücumu təşkil edilib. Hücum nəticəsində beş nəfər həlak olub, 22 nəfər yaralanıb.
Ötən gün Türkiyənin TUSAŞ korporasiyasının Ankaradakı müəssisəsində törədilmiş terror aktında öldürülən terrorçulardan birinin şəxsiyyəti müəyyənləşib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün "X" hesabında yazıb.
"TUSAŞ-da terror aktı zamanı öldürülən terrorçunun kimliyini müəyyən etdik. Xainin "Rojger" ləqəbli PKK üzvü Ali Örek olduğu üzə çıxıb.
Heç bir terror aktı bizi yolumuzdan döndərə, sevimli millətimizin əzmini sındıra bilməz!" - deyə o qeyd edib.
Nazir qeyd edib ki, digər terrorçu qadının şəxsiyyəti isə hələ müəyyənləşdirilir.
Dün TUSAŞ’ta meydana gelen hain terör saldırısında etkisiz hale getirilen erkek teröristin kimliği belli oldu.
— Ali Yerlikaya (@AliYerlikaya) October 24, 2024
Hainin, PKK terör örgütü üyesi Rojger kod adlı Ali Örek olduğu tespit edildi. Diğer kadın teröristin kimlik belirleme çalışmaları devam ediyor.
Şehitlerimize bir kez…
"Türkiyədə terror" teqi üzrə xəbərlər
- Türkiyədə 53 nəfərin ölümündə günahı olan şəxs saxlanıldı
- Ərdoğan: "Ankaradakı hücumdan sonra 213 terrorçu məhv edilib"
- Ərdoğan: "TUSAŞ terrorunun Suriyadan sızma ehtimalını öyrənirik"
- PKK Ankaradakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
- Abdullah Ağar: "Ankaradakı terrorda BRICS ehtimalı da var"
Rəylər