Barselona metrosunda qatarda baş verən yanğın nəticəsində ən azı 136 nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli yanğınsöndürmə xidməti məlumat yayıb.
"Yanğınsöndürənlər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə sərnişinləri qatardan təxliyə ediblər və qısa müddətdə yanğın söndürülüb. Təcili tibbi yardım briqadaları 136 nəfərə yardım göstəriblər, onlardan 39-u yüngül və ya orta ağır vəziyyətdə xəstəxanalara çatdırılıb", - deyə yanğınsöndürmə xidmətinin saytındakı açıqlamada bildirilir.
Vurğulanır ki, hadisənin fəsadlarının aradan qaldırılması məqsədilə sözügedən metro xəttində qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.