ABŞ Prezidenti Donald Tramp benzin qiymətlərinin gözlənilən sürətlə ucuzlaşmaması səbəbilə vəziyyətin araşdırılması üçün tapşırıq verib.
Oxu.Az xəbər verir ki, bu barədə Ağ Ev lideri "Truth Social" sosial şəbəkəsindəki şəxsi hesabında məlumat paylaşıb.
ABŞ-nin lideri qlobal neft qiymətlərinin ucuzlaşması fonunda iri bazar iştirakçılarının yanacaq qiymətlərini eyni sürətlə aşağı salmağa tələsməməsindən narahatlığını ifadə edib.
"İri neft şirkətləri ödədikləri xam neftin kəskin ucuzlaşmasına baxmayaraq, yanacaqdoldurma məntəqələrində qiymətləri endirmirlər. Qiymətlər dağdan düşən daş kimi sürətlə enir! Başqa sözlə, istehlakçılar hədsiz dərəcədə istismar edilir. Mən Ədliyyə Nazirliyinə bu məsələni dərhal araşdırmağı tapşırmışam. Benzin qiymətləri indikindən daha sürətlə ucuzlaşmalıdır!" - deyə ABŞ prezidenti vəziyyəti şərh edib.
