Gürcüstanın Batumi şəhərində İnterpolun "qırmızı bülleten"i ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesabında məlumat verilib.
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı - VİDEO
Xəbərdə bildirilir ki, müxtəlif ağır cinayətlər törətdiyinə görə saxlanılan şəxs Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.
Saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları davam etdirilir.
Qaynar xətt:
(055) 224 12 12