Avqustun 25-dən ABŞ-nin bütün səfirlik və konsulluqlarında qlobal təlim tədbirinin keçirildiyi və bu səbəbdən viza xidmətlərinə qeydiyyatın bu prosesin sonuna qədər tənzimlənəcəyi açıqlanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi ABŞ Dövlət Departamenti nümayəndəsinə istinadən məlumat verib.
Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın Administrasiyası davam edən immiqrasiya kampaniyası çərçivəsində müvafiq viza müraciətlərinin nəzərdən keçirilməsini dayandırıb.
Tramp deportasiya və immiqrasiya siyasətinin sərtləşdirilməsi üzrə sərt kampaniya aparır. Bu, vizaların və yaşıl kartların ləğvi, eləcə də siyasi baxışlar və Fələstinlə bağlı etirazlarda iştirak da daxil olmaqla, bir sıra səbəblərə görə müraciətlərin rədd edilməsini nəzərdə tutur. Onun fikrincə, bu tədbirlər daxili təhlükəsizliyin yaxşılaşdırılmasına yönəlib.
Daha əvvəl isə KİV-lər Tramp Administrasiyasının ölkə tarixində ən böyük kütləvi viza ləğvinə hazırlaşdığını yazmışdı. Qeyd edilir ki, bu, sığınacaq verilməsi üçün müraciət edən 200 000-ə qədər əcnəbini təsir altına bilər.