Fransada təyyarənin eniş zolağında uşaq cəsədi tapılıb.
Airlive.net-in verdiyi məlumata görə, dünən axşam Fil dişi sahilindən (Kot-d'İvuar) Parisə uçan “AirFrance” aviaşirkətinə məxsus “Boeing 777” təyyarəsi bu gün səhər saat 06:00-da Parisdə eniş edib.
Təyyarənin eniş zolağının sol hissəsində 10 yaşlı uşağın meyiti tapılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.