Böyük Britaniyanın Uayt adasında helikopter qəzası baş verib. Nəticədə üç nəfər həlak olub, daha bir nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Bildirilib ki, helikopterin göyərtəsində ümumilikdə dörd nəfər olub. Məlumata görə, "Northumbria Helicopters" şirkətinə məxsus G-OCLV tipli helikopter Sandaun aeroportundan qalxdıqdan təxminən 30 dəqiqə sonra qəzaya uğrayıb.
Qeyd olunur ki, insident uçuş hazırlığı üzrə məşqlər zamanı baş verib.
Böyük Britaniyanın Uayt adasında helikopter qəzaya uğrayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Sky News" nəşri fövqəladə xidmətlərə istinadən məlumat verib.
Hempşir və Uayt adaları polisinin məlumatına görə, insident barədə məlumat səhər yerli vaxtla saat 9:24-də (Bakı vaxtı ilə 12:24 - red.) daxil olub. Helikopter Ventnor şəhəri yaxınlığındakı Şanklin-roud yaxınlığındakı tarlaya düşüb.
Helikopterdə neçə nəfərin olduğu və xəsarət alanların olub-olmadığı hələlik dəqiqləşdirilməyib. Hadisə baş verən ərazidə çox sayda fövqəladə yardım maşınının olması səbəbindən yol bağlanıb, polis vətəndaşlardan mümkün olduğu qədər ərazidən uzaq durmalarını xahiş edib.