Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Dünya liderlərinin iştirak edəcəyi sammitə Rusiya çağırılmadı
Gələn ay Uelsdə keçiriləcək NATO sammitində Rusiya iştirak etməyəcək.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, “Kommersant” qəzetinin yaydığı məlumatda Rusiyanın zirvə görüşünə dəvət edilməyəcəyi bildirilib.
4-5 sentyabr tarixlərində reallaşacaq sammitdə Rusiya-Ukrayna böhranı və bu iki ölkənin NATO ilə əlaqələri müzakirə ediləcək.
Danışıqlarda Ukraynanı prezident Pyotr Poroşenko təmsil edəcək. Rəsmi Moskva isə Ukrayna böhranı ilə bağlı onsuz da NATO-dan dəvət gözləmədiklərini vurğulayıb.
Qeyd edək ki, NATO-nun Uels sammitində 60-dan çox ölkə lideri və nazirləri iştirak edəcək.
"Ukrayna" teqi üzrə xəbərlər
- Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutdu
- Ukraynada tam şəkildə atəşkəs nə zaman olacaq? - Stiven Uitkoff tarixi açıqladı
- Tramp üçüncü dünya müharibəsinin başlamasını istəmir
- Avropa qorxu içində: Putinlə Tramp arasında telefon danışığı nə ilə bitəcək?
- Trampla Zelenskinin mübahisəsinin pərdəarxası: Qəsdən olub?
Ən çox oxunanlar