Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı lider Donald Tramp ilə görüşmək üçün Vaşinqtona mayın 16-da səfər edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə ABC Ağ evə istinadən məlumat yayıb.
“Prezident Donald Tramp Türkiyə prezidenti Ərdoğanı Ağ evdə mayın 16-da qəbul edəcək.
Liderlər gələcəkdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yollarını və terrorizm ilə mübarizədə əməkdaşlığın dərinləşdirilməsini müzakirə edəcəklər”, - məlumatda deyilir.

Daha öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın suriyalı kürdlərin silahlandırma qərarının onun Vaşinqtona səfərinə qədər dəyişəcəyinə ümid etdiyini bəyan etmişdi.
N.О.
www.oxu.az