İsrailin "Ofer" həbsxanasından azad etdiyi bir qrup fələstinli İordan çayının qərb sahilində yerləşən Ramallah şəhərinə gəlib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat verib.
Bundan əlavə, daha bir keçmiş məhbus qrupu Ramallaha deyil, Qəzza zolağına yollanıb. Bu şəxslər 38 avtobusda Fələstin anklavına aparılıblar.
Xatırladaq ki, 13 oktyabr səhər saatlarında HƏMAS tərəfindən azad edilən 20 girov İsrailə qayıdıb.
13 oktyabr günü HƏMAS ilə münaqişənin həlli çərçivəsində İsrail həbsdə saxlanılan təxminən 1700 Qəzza sakini və ömürlük həbs cəzasına məhkum edilmiş 250 fələstinlini azad etməlidir.
Azad edilmiş fələstinli məhbusları daşıyan avtobuslar İsrail həbsxanalarının ərazisindən çıxmağa başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
HƏMAS Qəzza zolağında saxlanılan 20 israilli girovu isə bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına təhvil verib.