Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

HƏMAS İsrailin atəşkəsin birinci mərhələsinin uzadılması şərtlərini RƏDD ETDİ
"Hazırda vasitəçilər Qəzza zolağında atəşkəs razılaşmasının 2 martda başlanması nəzərdə tutulan ikinci mərhələsilə bağlı HƏMAS hərəkatı ilə danışıqlar aparmır".
Oxu.Az-ın məlumatına görə, bu barədə HƏMAS-ın rəsmi nümayəndəsi Hazem Qasem Qətərin "Al Araby" telekanalına açıqlamasında bildirib.
"Vasitəçilər və müqavimət qüvvələri tərəfindən imzalanmış atəşkəs razılaşmasının birinci mərhələsi bu gün başa çatır. Atəşkəs rejiminin 16-cı günündən etibarən ikinci mərhələ ilə bağlı danışıqlara başlanmalı idi. Lakin İsrailin dəfələrlə razılaşmanı pozması səbəbindən bu baş vermədi. Hazırda HƏMAS-la ikinci mərhələ ilə bağlı heç bir müzakirə aparılmır, heç bir qarşılıqlı əlaqə yoxdur", - deyə H.Qasem vurğulayıb.
Qasem onu da bildirib ki, HƏMAS Qəzzadakı atəşkəs razılaşmasının üç mərhələdən ibarət icrasına sadiq qalır.
"Qəzzada atəşkəslə bağlı danışıqlar prosesi" teqi üzrə xəbərlər
- HƏMAS Ramazan bayramında atəşkəs üçün bir neçə girov azad edə bilər
- İsrail Qəzzada atəşkəsdən imtina etdiyini açıqladı
- Misir İsrailə və HƏMAS-a 60 günlük atəşkəs üçün yeni plan təklif edib
- Husilər Qırmızı dənizdə İsraillə əlaqəli gəmilərə hücumları bərpa edirlər
- HƏMAS danışıqlar taktikasını dəyişir: Girov mübadiləsi ilə bağlı gözlənilməz yenilik