Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Fransada Olimpiada ərəfəsində koronavirusa yoluxma artıb
Fransada Olimpiya Oyunları ərəfəsində COVID-19-a yoluxma hallarında artım qeydə alınıb.
Bununla əlaqədar, ölkənin səlahiyyətli orqanları və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanların sıx olduğu yerlərdə maska taxmağı və başqa insanlarla təmasdan çəkinməyi tövsiyə edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ÜST rəsmisi Marqaret Harris Cenevrədə keçirdiyi brifinqdə bildirib.
"Fransa son həftələrdə COVID-19 hallarında artım müşahidə edilib ki, bu da səhiyyə sisteminə mənfi təsir göstərə bilər", - Harris bəyan edib.
Onun sözlərinə görə, Fransanın ilkin səhiyyə mərkəzlərində COVID üçün test zamanı "müsbət halların" nisbəti 25%-ə çatır. Halbuki, ÜST "əsas göstərici" olaraq yoluxma nisbətini 5%-dən az hesab edir.
Harris qeyd edib ki, vəziyyətin qiymətləndirilməsi və tədbir görülməsi üçün məsuliyyət ev sahibi ölkənin üzərinə düşür, ÜST isə əsasən məsləhətçi rola malikdir.
Xatırladaq ki, Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- Azərbaycanın tanınmış idmançısı karyerasını başa vurdu
- Azərbaycan millisinin olimpiya mükafatçısı Dubayda mükafatlandırlıb
- Beş il öncə karyerasını başa vuran güləşçi yenidən xalça üzərinə qayıdır
- "Ustadına əhsən!" - Olimpiya mükafatçısı Həsrət Cəfərovdan master-klas
- Türkiyə millisinin şərəfini qoruyan Ramil Quliyev karyerasını başa vurub
Rəylər