Fransada polis partiya qərargahına basqın edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Fransanın radikal sağçı Milli Birlik Partiyasının (MBP) sədri Cordan Bardella özünün "X" hesabında paylaşım edib.
Bardella qeyd edib ki, iyulun 9-da saat 8:50-dən etibarən MBP-nin qərargahında, o cümlədən rəhbərlərinin ofislərində iki müstəntiq hakiminin müşayiəti ilə Maliyyə Briqadasının gülləkeçirməz jilet geyinmiş təxminən iyirmi silahlı polis əməkdaşı tərəfindən axtarış aparılıb.
"Aparıcı müxalifət partiyasının bütün elektron məktubları, rəsmi və mühasibat sənədləri ələ keçirilib, baxmayaraq ki, onların əsasında duran dəqiq iddiaları hələ bilmirik.
Bizim bildiyimiz odur ki, partiyanın son regional, prezidentlik, qanunvericilik və Avropa kampaniyalarına aid bütün fayllar, başqa sözlə, bütün seçki fəaliyyətləri indi məhkəmələrin əlindədir.
Bu möhtəşəm və görünməmiş əməliyyat açıq şəkildə yeni təcavüz əməliyyatının bir hissəsidir. Bu, plüralizmə və demokratik dəyişikliklərə qarşı ciddi hücumdur.
Beşinci Respublika dövründə heç vaxt müxalifət partiyası belə amansız təqiblərə məruz qalmamışdı", - deyə o yazıb.
Depuis 8h50 ce matin, le siège du Rassemblement National - y compris les bureaux de ses dirigeants - font l’objet d’une perquisition menée par une vingtaine de policiers de la Brigade financière, armés et en gilets pare-balles, accompagnés de deux juges d’instruction.
— Jordan Bardella (@J_Bardella) July 9, 2025
Tous les…