Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili istefa verib.
Oxu.Az "Sputnik Gürüstan"a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə məlumat verib.
O, yeni iqtisadiyyat nazirinin adını da açıqlayıb. Bu post Mariam Kvrivişviliyə həvalə edilib.
İ.Kobaxidze istefa verən L.Davitaşvilinin baş nazirin iqtisadi məsələlər üzrə müşaviri və iqtisadi şuranın katibi vəzifəsini tutacağını qeyd edib.