Fələstinin radikal HƏMAS hərəkatı ABŞ-nin Qəzza zolağında atəşkəs şərtləri ilə bağlı təklifinə razılıq verməyib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff "Axios"a bildirib.
Uitkoff fələstinli radikalların hərəkətlərini "məyusedici və qətiyyən qəbuledilməz" adlandırıb.
HƏMAS Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun İsraillə atəşkəs planını qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Xatırladaq ki, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff İsrail və HƏMAS-a Qəzza zolağında atəşkəs və girov mübadiləsinə dair yenilənmiş planı təqdim edib. Təklif çərçivəsində 45-60 günlük atəşkəs müqabilində azı 10 israilli girovun və bir qrup fələstinli məhbusun azad edilməsi nəzərdə tutulur.