Hindistanın Meqhalaya ştatındakı özəl kömür mədənində baş verən partlayış nəticəsində azı 16 işçi həlak olub.
Oxu.Az bildirir ki, bu barədə PTI agentliyi polisə istinadən xəbər verir.
Qeyd edilir ki, daha bir nəfər dağıntılar altından xilas edilib. Qəzalı mədəndə yer altında bir neçə nəfərin təcrid olunmuş vəziyyətdə qala biləcəyi istisna edilmir, onların dəqiq sayı hələlik məlum deyil.
Polisin məlumatına görə, mədən qeyri-qanuni fəaliyyət göstərib. Partlayışın səbəbi araşdırılır.