Yəmənin "Ənsar Allah" hərəkatından olan husi üsyançıları Səudiyyə Ərəbistanına məxsus kəşfiyyat məqsədli pilotsuz uçuş aparatını vurublar.
Oxu.Az xəbər verir ki, bu məlumatı üsyançıların hərbi sözçüsü Yəhya Sariya özünün "Telegram" hesabı vasitəsilə ictimaiyyətə açıqlayıb.
Onun sözlərinə görə, husilər Səada əyalətinin hava məkanında düşmənçilik fəaliyyəti həyata keçirən "Səudiyyə Ərəbistanının Karayel tipli kəşfiyyat PUA-sını zərərsizləşdirməyə müvəffəq olublar. Sariya əlavə edib ki, təyyarə bu səhər müvafiq silahlarla vurulub.
Qaynar xətt:
(055) 224 12 12