“Tesla” və “SpaceX”-in sahibi İlon Mask ABŞ prezidenti Donald Trampın fərmanına qarşı texnoloji kampaniyaların təqdim etdiyi hüquqi bəyannaməyə qoşulub.
Oxu.Az bu barədə “Reuters”ə istinadən xəbər verir.
Daha öncə Mask Tramp yanında Konsultasiya Şurasının tərkibinə daxil olmağa razılıq vermişdi və prezident ilə birbaşa müzakirəni dəstəkləyirdi, agentlik qeyd edib.
Fevralın 6-da “Apple”, “Uber”, “Google”, “Facebook” və “Twitter” daxil olmaqla ABŞ-ın 97 texnoloji şirkətinin ekspertləri prezidentin immiqrasiya fərmanına dair doqquzuncu dairənin apellyasiya məhkəməsinin iclası üçün hüquqi bəyannamə hazırlayıb.
Bəyannamədə qeyd edilir ki, fərman – ABŞ-ın əlli ildən artıq mövcud olan miqrasiya sisteminin əsası olan ədalət və sabitlik prinsiplərindən uzaqlaşmaqdır. Ekspertlər həmçinin qanunun əməkdaşların işə qəbul edilməsində çətinlik yaratdığını bildiriblər.
Amerikalı lider yanvarın 28-də miqrasiya siyasətinin sərtləşdirilməsinə dair fərman imzalayıb. Fərmana görə, Suriya qaçqınlarının qəbul edilməsini və 120 gün müddətində digər ölkələrdən mühacirlərin qəbul edilməsi dayandırılıb.
N.O.
www.oxu.az
Rəylər