İspaniya La Liqasının 36-cı turunda "Real Madrid" və "Ovyedo" komandaları üz-üzə gəliblər.
Oxu.Az xəbər verir ki, qarşılaşma İspaniya paytaxtındakı "Santyaqo Bernabeu" stadionunda baş tutub.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Birinci hissənin sonlarında "kral klubu"nun hücumçusu Qonsalo Qarsiya hesabı açıb. 80-ci dəqiqədə isə yarımmüdafiəçi Cud Bellingem Mbappenin ötürməsini qolla tamamlayaraq Madrid təmsilçisinin qələbəsini rəsmiləşdirib.
Bu nəticədən sonra "Real" 80 xalla ikinci pillədə qərarlaşıb. "Ovyedo" isə 20-ci yerdədir. Komanda cəmi 29 xal toplayaraq vaxtından əvvəl Primeranı tərk edib.