İsrailin F-16 qırıcıları Livan hava məkanına daxil olaraq Suriya sərhədi yaxınlığında uçuş həyata keçiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə “İnterfax” Qərb mənbələrinə istinadən məlumat yayıb.
Güman olunur ki, dörd qırıcının Suriya sərhədi yaxınlığında uçuşunun məqsədi Rusiyanın Dəməşqə verdiyi S-300 zenit-raket kompleksini yoxlamaq olub.