Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
General-polkovnik Erdoğan Karakuş: "TUSAŞ hücumunun hədəfi müdafiə sənayemizdir" - ÖZƏL
Ankarada Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) Kahramankazan rayonundakı müəssisələrinə terror hücumu təşkil edilib. Hücum nəticəsində dörd nəfər həlak olub, 14 nəfər yaralanıb.
Bununla bağlı Oxu.Az-a terror hücumunun məqsədləri ilə bağlı müsahibə verən ehtiyatda olan general -polkovnik Erdoğan Karakuş açıqlama verib.
O, əməliyyatın Türkiyənin müdafiə sənayesi sektorunu hədəf aldığını bildirib.
"TUSAŞ Türkiyənin ən önəmli qurumlarından biridir. O, hər cür PUA, SİHA, KAAN döyüş təyyarəsi, "HÜRJET", "ANKA-3" pilotsuz döyüş təyyarəsi və helikopterlərimizin istehsal edildiyi müdafiə sənayesi qurumumuzdur. Buna görə də bu terror hücumunun həyata keçirilməsinin məqsədi dünya miqyasında sensasiya yaratmaqdır", - o deyib.
E.Karakuş terror təşkilatlarının bununla ölkə daxilində öz mövcudluğunu xatırlatmasını, Suriyanın şərqindəki PKK terror təşkilatının heç vaxt diqqətdən kənarda qalmamalı olduğunu vurğulayıb.
"Türkiyə daxilində dövlətimiz, demək olar ki, terroru bitirmiş vəziyyətdədir. Hazırda ölkəmizdə bəzi siyasi işlər aparılır. Terror hücumu ilə, xüsusilə ölkə daxilində mövcud olduqlarını göstərmək, bu mesajı vermək istəyirlər.
PKK terror təşkilatının kimlər tərəfindən idarə edildiyi hamıya məlumdur. Suriyanın şərqində hazırda təxminən 60-70 min terrorçu var. ABŞ onları ümumi dəyəri təxminən 15 milyard dollar olan 40 min yük maşın və dörd mindən çox helikopterlik silah-sursatla təmin edib. Buraya keçirilən təlimi də əlavə etmək olar. Nə olursa-olsun, Türkiyə terrora qarşı sona qədər mübarizə aparacaq və öz yolundan heç vaxt dönməyəcək", - E.Karakuş deyib.
"Türkiyədə terror" teqi üzrə xəbərlər
- Türkiyədə 53 nəfərin ölümündə günahı olan şəxs saxlanıldı
- Ərdoğan: "Ankaradakı hücumdan sonra 213 terrorçu məhv edilib"
- Ərdoğan: "TUSAŞ terrorunun Suriyadan sızma ehtimalını öyrənirik"
- PKK Ankaradakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
- Abdullah Ağar: "Ankaradakı terrorda BRICS ehtimalı da var"
Rəylər