"Kiyev Trampın sülh planının bir sıra bəndləri ilə razı deyil".
Oxu.Az xəbər verir ki, bu fikri Ukraynanın BMT-dəki daimi nümayəndəsinin müavini Kristina Qayovişin Təhlükəsizlik Şurasının (TŞ) iclasında səsləndirib.
"Biz hansı ittifaqlara qoşulmaq istədiyimizi seçmək kimi suveren hüququmuza edilən hər hansı müdaxilə ilə razılaşmayacağıq", - deyə o, planın Kiyevin etiraz etdiyi bəndlərindən birinə münasibət bildirib.
Qayovişin, həmçinin vurğulayıb ki, Kiyevin qırmızı xətləri sarsılmazdır. Odur ki, Ukrayna referendumların nəticələrinə görə yeni regionların Rusiyanın tərkibinə daxil edilməsini tanımayacaq.