Nyu-York polisi Kvebekdəki hücumdan sonra şəhər məscidlərinin mühafizəsini gücləndirir.
Oxu.Az RT-yə istinadən xəbər verir ki, bu barədə şəhər meri Bill De Blazio bildirib.
O deyib ki, tədbirlər Viktoriya şəhərində (Texas) İslam Mərkəzinin yandırılması ilə əlaqədardır.
“Nyu-Yorkun müsəlman sakinləri – biz sizi qoruyacağıq. Nyu-York polisi sizi qoruyacaq. Biz nifrət və təlqinə qarşı mübarizə aparacağıq”, - o, “Twitter”də yazıb.
Daha öncə Kanadanın baş naziri Kvebek məscidinə hücumu terror aktı adlandırıb.
Yanvarın 29-da naməlum şəxslər Kanadanın Kvebek əyalətində məscidə hücum ediblər. Onların açdığı atəş nəticəsində altı nəfər ölüb. Polis şübhəli bilinən iki nəfəri saxlayıb.
N.O.
www.oxu.az