İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi Qəzza zolağını idarə etmək niyyətində deyil və əraziyə nəzarəti ərəb qüvvələrinə vermək istəyir.
Oxu.Az-ın xəbərinə görə, bunu Netanyahu "Fox News" telekanalına müsahibəsində deyib.
"Onu bizi təhdid etməyərək və Qəzza sakinlərini yaxşı həyatla təmin edərək, lazımi şəkildə idarə edəcək ərəb qüvvələrinə təhvil vermək istəyirik", - deyə baş nazir vurğulayıb.
Onun sözlərinə görə, İsrail Qəzza zolağını özündə saxlamaq istəmir, lakin təhlükəsizlik perimetrini təmin etmək niyyətindədir.