ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Virciniyada Konqresin beysbol meydançasında baş verən atışma ilə əlaqədar xəbərləri diqqətlə izləyir.
Oxu.Az rentv-yə istinadən xəbər verir ki, amerikalı lider Konqres üzvləri üçün dua etdiyini və bütün diqqətini onlara yönləndirdiyini bildirib.
Qeyd edək ki, yarımavtomat tüfəngdən atəş açan şəxs respublikaçı Stiv Skelizə sui-qəsd edib. Son məlumata görə, Skeliz ayağından yaralanıb. Onun vəziyyətinin stabil olduğu bildirilib.
Cinayətkar 50-dən 100-ə qədər atəş açıb. Atışma nəticəsində polis zabiti yaralanıb. Hazırda ən azı beş nəfərin yaralandığına dair məlumat var.
Atəş açan şəxs yaralanıb və xəstəxanaya yerləşdirilib.
S.S.
www.oxu.az