Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Türkiyə DİN: "İstanbulda zəlzələdən sonra 51 afterşok qeydə alınıb"
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İstanbulda baş verən 6.2 bal gücündə zəlzələ ilə bağlı açıqlama verib. Nazir bildirib ki, yerli vaxtla saat 12:49-da (Bakı vaxtilə 13:49 - red.) qeydə alınan zəlzələ təxminən 13 saniyə davam edib.
Oxu.Az bu barədə "TRT Haber"ə istinadən xəbər yayıb.
Nazirin sözlərinə görə, zəlzələdən sonra ümumilikdə 51 afterşok qeydə alınıb.
Hazırda aidiyyəti qurumlar bölgədə monitorinq və qiymətləndirmə işlərini davam etdirir.
Xatırladaq ki, bundan əvvəl İstanbul valiliyi təbii fəlakətlə əlaqədar 151 nəfərin xəsarət aldığını bəyan edib.
"İstanbulda zəlzələ" teqi üzrə xəbərlər
- İstanbulda zəlzələ olub
- Türkiyədə zəlzələ olub, İstanbulda da hiss olunub
- Türkiyəli mütəxəssis İstanbulda zəlzələyə ən dayanıqlı və təhlükəli bölgələrin xəritəsini paylaşdı
- İstanbulda böyük zəlzələlər gözlənilir? - Türkiyəli professordan PROQNOZ
- Türkiyədə 6.2 bal gücündə zəlzələdən sonra sunami təhlükəsi elan edilib
Ən çox oxunanlar