Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Türkiyə hava limanlarında terror təhlükəsi səviyyəsi artırılıb
Türkiyə hakimiyyəti terror təhlükəsi ilə əlaqədar ölkənin hava limanlarında təhlükəsizlik səviyyəsini artırıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə İHA agentliyi xəbər verir.
Tədbirlər çərşənbə günü Ankarada baş vermiş terror aktı ilə əlaqədar görülüb. Təhlükə səviyyəsi sonuncudan əvvəlki "narıncı" səviyyəyə qaldırılıb. Hava limanlarına giriş və çıxışlarda avtomobillərin və sərnişinlərin baqajlarının əlavə yoxlanışları həyata keçirilir. Hava limanlarının mühafizəsi gücləndirilib.
Xüsusilə, İstanbulun Sabiha Gökçen hava limanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar sərnişinlərdən uçuşdan üç saat əvvəl hava limanına gəlmələrini xahiş edir.
"Türkiyədə terror" teqi üzrə xəbərlər
- Türkiyənin sabiq xarici işlər naziri: "İşğal dövründə Ermənistana xəbərdarlıq etmişdim"
- Etibar məsələsi, yoxsa inad? - PKK sözünə əməl edəcəkmi?
- Türkiyədə 53 nəfərin ölümündə günahı olan şəxs saxlanıldı
- Ərdoğan: "Ankaradakı hücumdan sonra 213 terrorçu məhv edilib"
- Ərdoğan: "TUSAŞ terrorunun Suriyadan sızma ehtimalını öyrənirik"