Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Türkiyə kanadalı ermənipərəst jurnalistin ölkəyə girişinə qadağa qoyub
Kanadalı jurnalist Nil Hauerin Türkiyəyə girişinə qadağa qoyulub.
Oxu.Az "Caliber"ə istinadən xəbər verir ki, o, İrəvandan İstanbul "Sabiha Gökçen" Hava Limanına turizm məqsədilə gedib, lakin pasport nəzarətində saxlanılıb və ona "qara siyahı"da olduğunu bildiriblər. 16 saat gözlədikdən sonra jurnalist yenidən Ermənistana deportasiya edilib.
Hauer təəccübləndiyini bildirib, çünki onun sözlərinə görə, daha əvvəl bir neçə dəfə, ən son isə 2022-ci ilin yayında Türkiyəyə səfər edib və belə bir problem yaranmayıb.
Qeyd edək ki, Nil Hauer İkinci Qarabağ müharibəsi ilə bağlı birtərəfli nəşrləri ilə tanınır. Onun materialları, bir qayda olaraq, Ermənistan tərəfinin işğalçılıq siyasətinə məhəl qoymayaraq, Azərbaycana qarşı ittihamlara həsr olunub.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə qadın qızardılmış toyuq yedikdən sonra öldü
- Qazaxıstan ordusu Türkiyənin "Bayraktar" pilotsuz təyyarələrini əldə edəcək
- İsrail Türkiyə ilə bağlı arzusuna çatır - Yaxın Şərqdə yeni konfiqurasiya
- Türkiyə-İsrail qarşıdurması mümkün olacaq?
- Ankara ilə Dəməşq PKK və İŞİD-ə qarşı birgə hərbi əməliyyatlar keçirməyə hazırlaşır