Kiyevdə hərbi postlar qurulub. Hər kəs yoxlanılır. Çünki mayın 9-da Rusiyanın təxribatını gözləyirik.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, xarici mətbuatın verdiyi məlumata görə, bunu Ukrayna prezidenti səlahiyyətlərini icra edən Aleksandr Turçinov yerli kanallardan birinə müsahibəsində deyib.
Onun fikrincə, Rusiya Ukraynaya qarşı müharibə aparır və məqsədi Kiyev hökumətini devirməkdir:
“Onların məqsədi bizi devirməkdir. Bütün bölgələrdə təxribatçılar və pravokatorlar ola bilər. Bizə qarşı müharibə gedir”.
Turçinovun sözlərinə görə, Şərqi Ukraynada Rusiya ssenarisi uğur qazansa da, Odessada yerli sakinlərin müqaviməti bunu reallaşdırmağa imkan verməyib. Rusiya Ukraynanın Şərqində və Cənubunda müharibə aparır. Onlar vəziyyətin tamamilə nəzarətdən çıxmasına çalışırlar. Lakin Odessada bu plan baş tutmadı”.
Sonda Turçinov ölkənin şərqindəki gərginliyə görə keçmiş prezident Viktor Yanukoviçin ailəsi və yaxın ətrafını günahlandırıb:
“Bu, sübut tələb etmir. Qərb də çoxdan bunu anlayıb. Rusiya xüsusi xidmət orqanları keçmiş Ukrayna hakimiyyətini həm maliyyə, həm də təşkilati baxımdan yönləndirir”.
Turçinov anti-terror əməliyyatlarının sona qədər davam etdiriləcəyini də vurğulayıb.