“Martın 7-si yerli vaxtla 05:30 radələrində Ukraynanın Nikolayev şəhəri Rusiya Silahlı Qüvvələri tərəfindən “Qrad” atəşinə tutulub. Raket atəşləri nəticəsində şəhərdə xəstəxana ilə yanaşı, azərbaycanlıların yaşadığı məhəllədəki binalara da ciddi ziyan dəyib”.
Nikolayev Şəhər Polisinin azərbaycanlı zabiti Turan Fikrətlinin Baku TV-nin Şərqi Avropa bürosuna bildirdiyinə görə, yaşayış binalarında insanlar əvvəlcədən təxliyə olunub. Buna görə də insan ölümü olmayıb.
“Azərbaycanlılar tərəfindən çoxlu müraciətlər daxil olur. Çalışacağıq ki, onların hamısını Odessaya, oradan da Moldova sərhədinə yola salaq. Yüzlərlə insan Nikolayev vilayətinin kəndlərində qalıb. Onlar da kömək istəyirlər. Amma uzaq kəndlərdə qalanları çıxarmaq mümkün deyil”, - deyə o qeyd edib.