Ədən körfəzi akvatoriyasında 6 maqnitudaya malik yeraltı təkan baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.
Məlumata əsasən, cümə günü Bakı vaxtı ilə saat 01:08-də qeydə alınan zəlzələnin episentri Yəmənin Əş-Şixr şəhərindən 188 km cənub-şərqdə yerləşib.
Episentrdə hiss edilən təkanların intensivliyinə görə zəlzələ "dağıdıcı" olaraq qiymətləndirilir.
ABŞ Geoloji Xidməti də yeraltı təkanın gücünü 6 maqnituda səviyyəsində dəyərləndirib. Qurumun məlumatına görə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.