Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan Premyer Liqasının klublarından üçü bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Oxu.Az xəbər verir ki, “Sabah”, “Sumqayıt” və “Zirə” eyni vaxtda meydana çıxıb.
Premyer Liqamızın debütantı “Sabah” sonuncu yoxlama oyununda İsveçrənin “Syon” klubunun 21 yaşadək komandası ilə heç-heçə edib – 4:4. Qolları serbiyalılar – Marko Deviç (penalti), Filip İvanoviç, Elşən Abdullayev və Təmkin Xəlilzadə vurub. Daha əvvəl “Əskişəhərspor”u (Türkiyə) 1:0, MTK-nı (Macarıstan) 3:1 yenmiş “Sabah” “Tobol”la (Qazaxıstan) 2:2 oynamışdı. Bakı klubu sabah vətənə məğlubiyyətsiz qayıdacaq.
Səbuhi MUSAYEV