Azərbaycanın daha bir sərbəst güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
"Report"un məlumatına görə, 86 kq-dakı Abubakr Abakarov finalda moldovalı Lilian Balanla üz-üzə gəlib.
Rəqibinə cəmi 42 saniyəyə tam üstünlüklə - 10:0 hesabı qalib gələn Abakarov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
21:14
Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.
74 kq çəki dərəcəsində yer alan idmançı rumıniyalı Kristian Biro ilə qarşılaşıb.
Rəqibinə 8:1 hesabı ilə qalib gələn Hacıyev qızıl medal qazanıb.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq) Avropa çempionu olub, Tofiq Əliyev (57 kq) bürünc medala sahib çıxıb.