"Barselona"nın sol cinah müdafiəçisi Alexandro Balde klub rəhbərliyi ilə son danışıqlardan və yaranmış vəziyyətdən sonra komandadan ayrılmaq qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə insayder Jerar Romero məlumat verib.
Onun sözlərinə görə, Baldenin agenti Jorje Mendeş artıq ispaniyalı futbolçu üçün yeni klub axtarır. Daha əvvəl "Mançester Yunayted" Balde ilə maraqlanıb.
Qeyd olunur ki, futbolçu Kataloniya klubunun rəhbərliyi ilə danışıqlardan sonra komandadan ayrılmaq istəyib. Agent Jorje Mendeş artıq Balde üçün yeni iş yeri axtarmağa başlayıb.
Baldenin "Barselona" ilə müqaviləsinin müddətinin başa çatmasına daha iki mövsüm qalıb. "Transfermarkt" futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.