Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Beynəlxalq Şahmat Federasiyası mükafat fondunu 625 min dollara yüksəltdi
Beynəlxalq Şahmat Federasiyası (FIDE) sentyabrın 3-15-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək və İddiaçılar turnirinə seçmə xarakteri daşıyacaq "Grand Swiss" turnirinin reqlamentində dəyişikliklər edib.
Oxu.Az xəbər verir ki, yarışın mükafat fondu xeyli artırılıb və qadınların turnirində iştirakçıların sayı da daha çox olacaq.
Açıq turnirin mükafat fondu əvvəlki illərlə müqayisədə 36 faiz artırılaraq 460 min dollardan 625 min dollara yüksəlib. Qadınların yarışında isə mükafat fondu 64 faiz artımla 140 min dollardan 230 min dollara çatıb.
Qadınların mübarizəsində iştirakçılara əlavə altı yer ayrılıb və onların sayı ümumilikdə 56 olacaq. Dörd şahmatçı 2025-ci ilin iyun ayına olan standart reytinq əsasında seçiləcək, iki yer isə təşkilatçılar tərəfindən veriləcək.
"Grand Swiss" turniri ən vacib seçmə yarış olaraq qalır: həm açıq yarışda, həm də qadınlarda ilk iki yeri tutanlar 2026-cı il İddiaçılar turnirinə vəsiqə qazanacaqlar.
"Beynəlxalq Şahmat Federasiyası (FIDE)" teqi üzrə xəbərlər
- Kişilər arasında şahmat üzrə qitə çempionatının mükafat fondu AÇIQLANDI
- FIDE-dən Karlsenin turnirində iştirak edən şahmatçılara ULTİMATUM
- Maqnus Karlsen Beynəlxalq Şahmat Federasiyasının prezidentinin istefasını tələb edib
- 14 yaşlı rusiyalı şahmatçı dünya reytinqində birinci olan norveçlini məğlub edib
- Latviyalı qrosmeyster 12 il müddətinə diskvalifikasiya edildi