Peru millisinin hücumçusu Karla Ruedanı “Azərreyl”-ə transfer olunub.
Oxu.Az xəbər verir ki, “dəmiryolçular” Peru millisinin hücumçusunun transferini rəsmiləşdirib.
24 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb, lakin o özünü yaxşı tərəfdən göstərəcəyi halda, anlaşmanın müddəti daha 1 illik artırılacaq. Karla Ruedan, 3 il öncə Cənubi Amerika çempionatının bürünc medalına sahib olub.
Qeyd edək ki, bununla da “Azərreyl”də oyunçuların sayı 8-ə çatıb. Bakı klubu Ruedadan öncə Yuliya Pşeniçnıx, Aynur Kərimova, Şəfaqət Həbibova, Yuliya Stenkina, İrina Makarenko, Nasya Dimitrova, Oksana Kovalçuk və Olqa Savençukla müqavilə bağlayıb.