"Turan Tovuz" və "Fənərbağça" klublarının nümayəndələri komandalar arasında keçiriləcək oyundan əvvəl ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Turan Tovuz" klubu məlumat yayıb.
Bildirilib ki, nümayəndə heyətləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin məzarları ziyarət olunub, məzarların önünə gül dəstələri qoyulub.