Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İngiltərə Premyer Liqası: "Çelsi" autseydərə rəhm etmədi
İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində "Çelsi" öz evində turnir cədvəlinin sonuncusu olan "Sauthempton"u qəbul edib.
Oxu.Az xəbər verir ki, qarşılaşma "zadəganlar"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda ilk qol 24-cü dəqiqədə vurulub. Nkunku fərqlənib. Pedru Netu 36-cı, Kolvill 44-cü, Kukurelya isə 78-ci dəqiqədə londonlulara qələbə gətirən qolları vurublar.
Bu qələbə sayəsində "Çelsi" xallarını 46-ya çatdıraraq 4-cü pilləyə yüksəlib. "Sauthempton" isə 9 xalla sonuncu - 20-cı yerdə qalıb.
"Çelsi FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar