Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İspaniya Superkubokunun qaydalarında yenilik
İspaniya Kral Futbol Federasiyası (RFEF) ölkənin kişilər və qadınlar arasında Superkubok yarışlarında əlavə vaxtların ləğv edildiyini açıqlayıb.
Oxu.Az "Championat"a istinadən xəbər verir ki, bu barədə RFEF rəsmi saytında məlumat verib.
Federasiyanın açıqlamasında bu tədbirin turnirlərdə iştirak edən klubların futbolçuların iş yükünü azaltmaq istəyini təmin etmək məqsədilə görüldüyü vurğulanıb.
İndi komandalar əsas vaxtını heç-heçə ilə başa vursalar, qalib penaltilər seriyasında müəyyənləşəcək.
Qeyd edək ki, İspaniya Superkuboku 2025-ci il yanvarın 8-dən 12-dək keçiriləcək. Bu yarışda "Atletik" "Barselona" ilə, "Malyorka" isə "Real Madrid"lə qarşılaşacaq.
"İspaniya Superkuboku" teqi üzrə xəbərlər
- Fransa Futbol Federasiyası Zidanla ilkin danışıqlara başlayıb
- "Barselona" "Real Madrid"lə görüşdə tarixi uğura imza atıb
- İspaniya Superkuboku: "Barselona" ilin ilk "El-Klasiko"sunda "Real Madrid"i darmadağın etdi
- İspaniya Superkuboku: İlin ilk "El-Klasiko"su baş tutacaq
- İspaniya Superkuboku: "Barselona" "Atletik"ə şans vermədi