Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Qarabağ”a qarşı təxribatı onlar edib - FOTO
UEFA Avropa Liqasının 2-ci turu çərçivəsində keçirilən “Düdelanj” – “Qarabağ” oyununda təxribat törədən şəxslər müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, təxribatı Ermənistanın “First Armenian Front” fan klubu törədib.
Həmin azarkeşlər Belçikadan Lüksemburq paytaxtına gələrək bunu ediblər. Məqsədləri də oyunun yarımçıq dayandırılmasına nail olmaq imiş.
Fan-klub bununla bağlı sosial şəbəkələrdə paylaşım da edib.
Xatırladaq ki, “Düdelanj” – “Qarabağ” matçının 31-ci dəqiqəsində Ağdam təmsilçisi 2:0 öndə olarkən stadionun üzərində dronla Azərbaycanın işğal altında olan ərazilərində qurulan separatçı rejimin “bayrağ”ı uçurulub. Buna görə görüşdə fasilə yaranıb.
Bərpa olunan matç isə “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Mövzuya aid xəbərlər
- XİN “Qarabağ”ın oyunundakı təxribata görə hərəkətə keçdi
- “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı - ETİRAZ
- Qurban Qurbanovdan erməni təxribatına münasibət: Bu, qorxaqlıqdır - VİDEO
- “Qarabağ” erməni təxribatı ilə üzləşdiyi ölkədə böyükhesablı qələbə qazandı - YENİLƏNİB
- Lüksemburqun İdman naziri erməni təxribatına görə Azərbaycandan və “Qarabağ”dan üzr istədi - YENİLƏNİB + VİDEO
Rəylər