“Qarabağ”ın 19 yaşlılardan ibarət komandası UEFA Gənclər Liqasında qrup mərhələsinin üçüncü turu çərçivəsində Bakıda İspaniyanın “Atletiko” klubunu qəbul edib.
Oxu.Az-ın xəbərinə görə, qarşılaşma qonaqların 1:5 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Ağdam təmsilçisi ilk turda “Çelsi”yə 0:5, ikinci turda isə “Roma”ya 0:3 hesabı ilə məğlub olub.
“Qarabağ” – “Atletiko” matçı Azərbaycan klublarının Gənclər Liqasındakı ən məhsuldar qarşılaşması kimi də tarixə düşüb. Oyunda 6 qol vurulub ki, bunadək rekord 5-ə bərabər idi.
S.B.
www.oxu.az