“Qarabağ” yeni transferləri – İnosent Emeqara və Dzon Delarjın adını Çempionlar Liqasının iştirak ərizəsinə salıb.
Oxu.Az xəbər verir ki, hər iki afrikalı hücumçunun geyinəcəyi formanın nömrəsi də bəllidir.
Nigeriyalı İnosent Emeqara Ağdam təmsilçisində 7, konqolu Dzon Delarj isə 28 nömrəli forma ilə mübarizə aparacaq.
Lakin bu, hər iki futbolçunun bu gün meydana çıxacağı anlamına gəlməməlidir. Çünki hər iki futbolçu komandasının dünən Albaniyada keçirdiyi məşqində iştirak etməyib.
Qeyd edək ki, “Kukesi” – “Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Səbuhi MUSAYEV
www.oxu.az