Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yamayka millisinin iki futbolçusu səfər matçını buraxmalı olacaq - SƏBƏB
Yamayka millisinin iki futbolçusu xarici pasportunu itirdiyi üçün ABŞ ilə keçiriləcək səfər matçında komandasına kömək edə bilməyəcək.
Oxu.Az xəbər verir ki, bunu Yamayka millisinin baş məşqçisi Stiv Maklaren açıqlayıb.
O bildirib ki, seçmə komandanın iki futbolçusu Maykl Antonio və Kahim Dikson KONKAKAF (Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) Millətlər Liqasının ABŞ ilə oyununun heyətindən çıxarılıb: "Oyunçularımız pasportlarını itiriblər. Yeni pasport və səfər üçün viza almaq artıq gec idi. Bu üzdən onların xidmətindən yararlana bilməyəcəyik".
Qeyd edək ki, ABŞ - Yamayka matçı noyabrın 19-da saat 5:00-da keçiriləcək.
Rəylər