"Zirə" klubu heyətini 18 yaşlı toqolu Abdul Azizlə gücləndirib.
Oxu.Az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Qartallar" Abdul Aziz Batibieni heyətinə qatıblar. Komanda toqolu futbolçu ilə 4 illik müqavilə bağlayıb.
Qeyd edək ki, bu, 18 yaşlı vingerin karyerasında ilk peşəkar müqavilədir.