Dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir. Bu gün Böyük Kəsik-Soyuq Bulaq mənzilində 10 km yolun əsaslı təmirinə start verilib.
Oxu.Az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.
O qeyd edib ki, təmir işləri bir həftə davam edəcək.
Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. “Dəmiryolservis” MMC-nin baş mühəndisi Əfsələfddin Gəncəliyev isə qeyd edib ki, səhər saatlarında artıq 1000 metr köhnə yol sökülüb.
Qeyd edək ki, Bakı-Böyük Kəsik istiqamətində təmir işləri 10 iyun 2011-ci ildə Tatli-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, bu günə kimi 360 km yol əsaslı təmir olunub və 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.