Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə qeydiyyata alınmış 7879 hüquqi şəxsin 211-i dövlət mülkiyyətinə, 6-sı bələdiyyə mülkiyyətinə, 6956-sı isə xüsusi mülkiyyətə aid olmuşdur.
Oxu.Az xəbər verir ki, ümumi qeydiyyata alınmışlardan 568-i tam xarici investisiyalı, 138-i isə birgə müəssisələrdir.
Yeni müəssisələrin 54,5%-i Bakıda, 12,6%-i Aran, 6,5%-i - Abşeron, 7,0%-i Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.
Azərbaycanın Vergilər Nazirliyinin məlumatına əsasən, keçən il ərzində 65080 fiziki şəxs qeydiyyatdan keçib. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınıb.
Gülnarə Zeynalova
www.oxu.az