Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün gecə saatlarında Nərimanov rayonunun Ziya Bünyadov prospektində qeydə alınıb.
Masallı rayon sakini Ceyhun Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Oqtay Gülmalıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
S.B.
www.oxu.az